Azərbaycanın dövlət büdcəsində 283 milyon manat qalıq yaranıb

2020.03.11 10:49 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3.613,2 milyon manat, xərcləri isə 3.330,2 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz az və 12,1 faiz çoxdur.

Son nəticədə, 2 aylıq büdcədə 283 milyon manatlıq qalıq yaranıb. Xatırladaq ki, bu rəqəm yanvar ayının yekununda 418,1 milyon manat olub.