Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,6 faiz artaraq 656,4 milyon manat təşkil edib

2020.03.11 10:40 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 656,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 3,6 faiz çoxdur.

Ötən 2 ayda ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 2,7 faiz artaraq 27,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2 faiz artaraq 629 milyon manat təşkil edib.