Bu il qeyri-neft sənayesinə yönəldilən sərmayənin həcmi ötən illə müqayisədə 21 faiz çoxalıb

2020.03.11 10:33 (UTC+04:00)

Dövlət Statistika Komitəsinin hazırladığı hesabata əsasən, cari ilin yanvar-fevral ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1.965,2 mln. manat vəsait yönəldilib. Komitədən bildirilib ki, bu ötən ili eyni dövrü ilə müqayisədə 12,7 faiz çoxdur.

Rəsmi statistikaya əsasən, ümumi sərmayənin 1.027,7 mln. manatını qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitlər təşkil edib. Bu isə öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə bu sahəyə sərmayə qoyuluşunun 1,8 faiz artması deməkdir. O cümlədən, qeyri-neft sənayesinə yönəldilən sərmayənin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 154,9 mln. manata çatıb.