2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12.578,0 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə qeyri neft-qaz ÜDM-i 6,7 faiz artaraq 7.554,2 mln. manata çatıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 1.263,7 mln. manata bərabər olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artıb.