Vergi ödəyiciləri ilə görüş

2019.01.29 15:37 (UTC+04:00)

8 saylı Ərazi Vergilər İdarəsində keçirilən görüşdə Vergi Məcəlləsinə və sosial sığorta sahəsində qanunvericiliyə, habelə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarına, eləcə də Əmək Məcəlləsinə edilmiş dəyişikliklər mövzusunda müzakirələr aparılıb.

Görüşdə sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması ilə bağlı suallar diqqət mərkəzində olub. Vergi orqanı əməkdaşları sadələşdirilmiş verginin ödəyicilərinin gəlir və ya mənfəət vergisi, ƏDV ödəyicisinə çevrilməsi barədə hüquqi şərtləri izah edərək, iştirakçılara konkret məsləhətlər verib, suallarını cavablandırıblar.