Mərkəzi Bank: Bankların nağd valyutaya olan tələbləri tam təmin edilib

2020.03.10 14:22 (UTC+04:00)

Martın 10-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 milyon ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin olunub.

AMB-dən bildirilib ki, eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin edilib.