ABŞ rəhbərliyi koronavirusla bağlı vergi məsələlərini konqreslə müzakirə edəcək

2020.03.10 13:29 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika administrasiyası koronavirus infeksiyasının yayılması ilə əlaqədar konqresdə vətəndaşlar üçün vergi yükünün yüngülləşdirilməsi məsələlərinin müzakirəsinə başlayacaq. TASS agentliyinin məlumatında diqqət Trampın "Martın 11-də senat üzvləri və respublikaçılar ilə bilirkdə parlamentin nümayəndələr palatasında əməkhaqqından tutulan verginin azaldılması və ya onun əsaslı şəkildə yüngülləşdirilməsinin mümkün olub-olmadığını müzakirə edəcəyik", ifadələrinə yönəldilib.

ABŞ administrasiyasının əməyin saathesabı ödənilməsində məcburi pozuntulara yol verən şirkətlərin cəzasının götürülməsini təklif edəcəyi də bildirilir.

Bundan əvvəl isə Donald Tramp ölkə vətəndaşlarına çağırışında bildirmişdi ki, adi qripdən hər il on minlərlə adam ölür, buna qarşı heç bir fövqəladə tədbir görülmür və "iqtisadiyyat öz yolu ilə irəliləyir".