Yanvarın 31-də Böyük Britaniyanın Avropa İttifaqından rəsmi şəkildə ayrılması ölkəyə 4,6 milyard avroya başa gəlib. Milli Audit Ofisi bu məbləğin Avropa İttifaqqından ayrılmaq üçün 2016-cı ilin iyun ayında keçirilmiş referendumdan bu yana işçi heyəti və infrastruktur hazırlamaq üçün xərcləndiyini bildirib.
"Brexit"dən sonra gələcək münasibətləri formalaşdırmaq məqsədilə bu günlərdə bir araya gəlmiş Böyük Britaniya və Avropa İttifaqı rəsmiləri iki tərəf arasında bir sıra anlaşılmazlıqların olduğunu, müzakirələrin çətin keçəcəyini bildirib.