Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.
Tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri yüklərin daşınması, yüklənməsi, boşaldılması və daşıma ilə bağlı yaranan digər xərclər, o cümlədən yüklərin sığortası, gecikməyə görə cərimə və s. də nəzərə alınmaqla müəyyən edildiyi halda həmin xərclər beynəlxalq daşımanın dəyərini təşkil edir.
Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri digər xərclər o cümlədən, yüklərin sığortası, gecikməyə görə cərimə və s. nəzərə alınmaqla müəyyən edilmədiyi halda isə gecikməyə görə ödənilən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Vergilər Nazirliyi bildirir ki, rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənişin vaxtından gec aparılması ilə bağlı qeyri-rezidentə cərimənin ödənilməsi ƏDV-nin vergitutma obyektini yaratmır.