"İqtisadi zona" proqramının 1 mart 2020-ci il tarixli buraxılışı Video

2020.03.06 15:51 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında Azərbaycanda ipoteka kreditlərinin azalmasını şərtləndirən amillər, kirayə mənzillər üçün müraciətlərin qəbuluna başlanması və müraciətlər üçün əsas şərtlər, neftin qiymətinin dünya bazarında aşağı enməsinin Azərbaycan iqtisadiyyatına təsirləri, Bakı-Ankara qatarının imkanları, İranda koronavirusun yayılmasının bu il həmin ölkədən Azərbaycana turistlərin gəlişinə təsiri, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarovun Gürcüstanlı həmkarı ilə görüşü barədə süjetlər nümayiş etdirilib.

Proqramın qonağı AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizin xarici ticarət əlaqələri ilə bağlı maraq doğuran suallara aydınlıq gətirib.