Braziliyanın keçmiş futbol ulduzu məşhur idmançı Ronaldinyo ilə qardaşının saxta pasportla Paraqvaya gəldiklərinə görə bu ölkədə həbs olunduqları barədə xəbərlər yayılıb.
Paraqvay polisi qardaşların qaldıqları oteldə axtarış aparıb. Paraqvayın daxili işlər naziri Eukulides Akevedo bildirib ki, Ronaldinyo və qardaşı onlara qarşı irəli sürülmüş iddianı rədd etsələr də, onların haqqında başlamış təhqiqat davam edir. Nazir: "Ronaldinyonun uğurlarına hörmətim var, ancaq qanunlar önündə hər kəs bərabərdir", - deyib.
Bu məsələnin kökündə Ronladinyonun vergi ödəməkdən yayındığının dayandığı bildirilir. Vergidən yayındığına görə keçən ilin iyun ayında Ronaldinyonun həm Braziliya, həm də İspaniya pasportları əlindən alınmışdı.