Vergilər Nazirliyindən bildirilib ki, qeyd olunan maddəyə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslərin ƏDV qeydiyyatına alınmasına dair tələblər müəyyən edilmişdir.
Maddədə deyilir ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən olunan hüquqdan istifadə edə bilərlər:
Həmin maddə ilə müəyyən olunmuş tələblərdən biri də qeyd olunan fəaliyyətlə məşğul olan və ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə vermək niyyətində olan şəxslər tərəfindən göstərilən xidmətlər üzrə əməliyyatların uçotunun vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparılması və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanının təmin edilməsidir.
Bu məqsədlə, qeyd olunan fəaliyyətlə məşğul olan və göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan vergi ödəyicisi tərəfindən özünün elektron informasiya sisteminə vergi orqanının çıxış imkanı əldə etməsi üçün müvafiq texniki baza yaradılmaqla ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.