Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov martın 5-də keçirilən "İşgüzar Qadınlar Liqası" tədbirində bildirib ki, Hazırda ölkə üzrə qeydiyyatdan keçmiş fərdi sahibkarların təqribən 22 faizini qadınlar təşkil edir.
"Ötən il agentlik tərəfindən "Maarifləndirmə, bilik və bacarıqların artırılması" istiqaməti üzrə keçirilmiş tədbirlərdə iştirakçıların 32 faizi qadınlar olub. Müxtəlif mövzularda keçirilmiş 64 təlim və seminarda 2300-dək qadın sahibkarın iştirakı təmin olunub. Habelə satışa və bazarlara çıxışa kömək məqsədilə 14 sərgi və yarmarkada 300-dək qadın sahibkara dəstək göstərilib", - O.Məmmədov qeyd edib.