Portuqaliya prokurorluğunun başladığı cinayət işi məşhur klublardan futbolçulara və menecerlərə qədər geniş bir sektoru əhatə edir. İşlə bağlı 70-dən artıq yerdə axtarış aparıldığı bildirilir.
Portuqaliya mətbuatının xəbərlərində "Porto", "Benfika", "Sportinq Lissabon" kimi məşhur klublar da daxil olmaqla altı klubla çoxlu sayda futbolçudan əlavə, futbol dünyasının yaxşı tanıdığı Kristiano Ronaldu, Joze Maurinyo kimi şəxslərin meneceri olan Yorqe Mendes haqqında da vergidən yayınma iddiası ilə məhkəmə təhqiqatı aparıldığı bildirilir.
Belə məlum olur ki, təhqiqat 2015-ci ildə başlanmış və hazırda Vergi İdarəsində 200-dən artıq müfəttiş bu işə cəlb edilmişdir.
Portuqaliya mətbuatının yazdığına görə, bu cinayət işi ölkənin futbol sektorunda vergidən yayınmaq iddiası ilə açılmış ən böyük işdir.