"Fitch": "Bu il Azərbaycan iqtisadiyyatı 3,5 faiz böyüyəcək"

2019.01.29 14:25 (UTC+04:00)

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini (Long-Term Foreign-Currency Issuer Default Rating – IDR) "BB+" səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz isə sabit qiymətləndirilib.

Agentliyin yaydığı açıqlamada bildirilir ki, bu il Azərbaycan iqtisadiyyatı 3,5 faiz böyüyəcək, ötən il isə bu rəqəm 1,3 faiz olub. Agentliyin açıqlamasına görə, "Şahdəniz-2" qaz yatağının işə düşməsi və ölkənin ən böyük neft yatağı üzrə hasilat müqaviləsinin uzadılması ilə yanaşı, turizm və kənd təsərrüfatı sahəsi də Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək: "2018-ci ilin oktyabrına olan məlumata görə, ARDNF aktivlərini 3,2 milyard dollar, yaxud 9 faiz artıraraq 39 milyard dollara çatdırıb. Bu isə ÜDM-in 81,2 faizi deməkdir. Biz proqnozlaşdırırıq ki, suverenin xarici xalis aktivləri ÜDM-in 75,4 faizinə bərabər olacaq".

Elxan SALAHOV