Qadınlar arasında sahibkarlıq fəaliyyəti təşviq olunur

2020.03.05 10:03 (UTC+04:00)

Avropa İttifaqının "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində təşkil olunmuş təlimçilər təlimini uğurla başa vuran Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ölkə regionlarında qadınlar üçün treninq keçirib.

Fevral ayı ərzində Quba, Xaçmaz, Mingəçevir və Gəncədə təşkil olunmuş treninqlərdə sahibkarlıq fəaliyyətinə maraq göstərən qadınlar iştirak edib. "Sahibkarlıq və biznesə başlama" mövzusunda keçirilən treninqlərdə KOB subyektlərinin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici materiallar da paylanılıb.

Qeyd edək ki, KOBİA Avropa İttifaqının 2019-2021-ci illəri əhatə edən "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" texniki yardım layihəsinin benefisiarlarındandır.