Azərbaycanla Litvanın qarşılıqlı ticarət və investisiya potensialının artırılmasına dair müzakirələr aparılıb

2020.03.04 17:42 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndə heyəti Vilnüsdə Litva Kənd Təsərrüfatı, İnnovasiyalar və İqtisadiyyat nazirliklərində və Ticarət Palatasında görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, yerli məhsulların xarici ölkələrdə təşviqi və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində fond tərəfindən görülən işlər barədə məlumat verilib.

Görüş çərçivəsində qarşılıqlı ticarət və investisiya potensialının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.