Prezident İlham Əliyev Tovuz rayonuna səfərə gəlib

2020.03.04 16:30 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq və Dövlət Rəmzləri muzeylərinin açılışında, eləcə də Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.