Dronlar üçün lazer peyk rabitə sistemi sınaqdan keçirilib

2020.03.04 13:44 (UTC+04:00)

"General Atomics" şirkəti pilotsuz uçan aparatlar üçün lazer peyk rabitə sistemini sınaqdan keçirib. Sistem "MQ-9 Reaper" zərbə dronu üçün hazırlanıb.

Mütəxəssislərin sözlərinə görə, lazer peyk rabitə sistemləri məlumatların Yerdən orbitə və havada olan müəyyən obyektə göndərilmə sürətini xeyli artırmağa imkan verir. Bundan başqa, belə sistemlər siqnalın ələ keçirilmə ehtimalını azaldır.

Milli.az saytının məlumatına əsasən, 2007-ci ildə ABŞ ordusunda silahlanmaya qəbul edilən "MQ-9B Reaper" pilotsuz uçuş aparatı əvvəllər kəşfiyyat və yerüstü hədəflərə raket zərbələrinin endirilməsi üçün istifadə olunub. 680 kiloqram çəkiyə malik raket və bomba daşıyan aparatın maksimal sürəti 482 km/saat təşkil edir.

Sistem hazırda orbitdə olan "LCT135" terminalı bazasında yaradılacaq. O, 1,8 giqabit/saniyə sürətində məlumat mübadiləsini dəstəkləyir, eləcə də informasiyanın 80 km məsafəyə ötürülməsini təmin edir.

Sistemin sınaqları Atlantik okeanda yerləşən Tenerife adasında keçirilib.