Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib

2020.03.04 10:23 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.