Prezident İlham Əliyev Qazaxda səfərdə olub

2020.03.04 09:27 (UTC+04:00)

Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda səfərdə olub.

Dövlətimizin başçısı Qazax şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Qazax rayonunda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında, Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib, eləcə də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub.