Ukraynada fevralda ƏDV proqnozuna artıqlaması ilə əməl olunub

2020.03.03 18:11 (UTC+04:00)

Dövlət Vergi Xidməti fevral ayında əlavə dəyər vergisi (ƏDV) üzrə proqnoz göstəricisinə 45,4 faiz artıqlaması ilə əməl edib. Dövlət büdcəsinə 10,8 milyard qrivna (736 milyon manat) ƏDV daxil olub ki, bu da nəzərdə tutulduğundan 3,4 milyard qrivna (232 milyon manat) çoxdur.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu nəticələrə vergi daxilolmalarına dair təhlillərin keyfiyyətinin artılması, səmərəli inzibatçılıq, vergi qəbzlərinin risk dərəcələrinin qiymətləndirilməsi meyarlarına uyğunluğuna nəzarət etmək üçün yeni monitorinq sisteminin tətbiqi sayəsində nail olunub.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ilin əvvəlindən bəri vergi orqanları ƏDV hesabına büdcəyə 17,8 milyard qrivna (1,21 milyard manat) vəsait ödəyiblər ki, bu da Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş proqnozdan 5,1 faiz çoxdur.

Bundan əlavə, bu ilin fevral ayında yığılmış ƏDV məbləği keçən ilin analoji dövrünün göstəricisindən 80,3 faiz çoxdur.