Malların təqdim edilməsi

2020.03.03 17:17 (UTC+04:00)

Bu suala cavab olaraq Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq olunmadan bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi malların təqdim edilməsi sayılır. Buna əsasən, notarial qaydada təsdiq edilmədən vətəndaşla bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs arasında müqavilənin bağlanması tarixi mənzilin təq dim olunma vaxtı hesab edilir.