İpoteka istiqrazları satışa çıxarılacaq

2020.03.03 16:21 (UTC+04:00)

2020-ci il martın 5-də Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Hərracda 20 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi nəzərdə tutulub. Bir istiqrazın dəyəri 1.000 manat qiyməti ilə satışa çıxarılacaq. İstiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.