İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, fevral ayında dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 28 min 335-ə çatıb. Yanvar ayında bu göstərici 27 min 975 olub. Fondun məlumatına görə, ötən ay zəmanət verilən kreditlərin məbləği 77 milyon 524 min manat təşkil edib.
Ötən ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 711 milyon 824 min manata düşüb. Yanvarda bu göstərici 718 milyon 166 min manat olub.