Aqrar Xidmətlər Agentliyinin göstərdiyi xidmətlər təsdiq edilib

2020.03.03 16:54 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qərarına əsasən, Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən regionlarda Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) vasitəsilə göstərilən xidmətlərin siyahısı və reqlamentləri təsdiq olunub və Dövlət Xidmətləri Portalına inteqrasiya edilib. Baytarlıq xidməti sahəsində 8, fitosanitar xidməti sahsində 6, dövlət texnik nəzarəti xidməti sahəsində 13, bitki şorları və toxum nəzarəti üzrə xidmətlər sahəsində 14 xidmət göstərilməsi nəzərdə tutulur.

Fermerlər və sahibkarlar AXA-nin rəsmi internet səhifəsinə (https://www.axa.gov.az), həmçinin Dövlət Xidmətləri Portalına (https://www.dxr.az) daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər.