Kirayə mənzil layihəsinə maraq böyükdür

2020.03.03 15:21 (UTC+04:00)

Kirayə mənzil əldə etmək istəyən vətəndaşlar elektron kabinetin formalaşdırılmasını yekunlaşdırmadırlar. Müraciətlərin qəbuluna başlanması vaxtı ərizəçinin elektron kabinetində yerləşdiriləcək və bu barədə onlara SMS məlumat veriləcək.

Şəffaflığın təmin edilməsi məqsədilə bütün müraciətlər elektron sistem vasitəsilə növbəyə alınacaq, növbəlilik barədə məlumat elektron kabinetdə və fondun informasiya resurslarında əks olunacaq. Bu məlumatların həm müraciət edən vətəndaşlar, həm də ictimaiyyət üçün açıqlığı fond tərəfindən mütəmadi qaydada təmin ediləcək. Vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsilə əldə olunan rəsmi məlumatlar əsasında fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən ("www.mcgf.az"), habelə "1549" Çağrı mərkəzinə zəng etməklə, həmçinin "Elektron ipoteka və kredit zəmanət sistemi"ndən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.