Bu sualın izahı ilə bağlı Vergilər Nazirliyinin şərhində bildirilir ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən tərtib olunmuş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab olunur və kağız daşıyıcıda alış aktı tərtib edilmir.