Türkiyədə yanacağa tətbiq olunan xüsusi istehlak vergisi artırılıb

2020.03.03 13:18 (UTC+04:00)

Mart ayından Türkiyədə dizel yanacağının və benzinin ayrı-ayrı növlərinə görə tutulan xüsusi istehlak vergisi hər litr üçün 0,15 lirə artırılıb. Bu göstərici satış qiymətlərinin təxminən 18 quruş artmasına səbəb olub.

Ölkənin paytaxtı Ankarada indiyədək hər litri orta hesabla 6,12 lirədən (1,67 manat) satılan dizel yanacağının litri vergi artımından sonra 6,3 lirəyə (1,72 manat) çatıb. İstanbul şəhərində isə dizel yanacağının litri 6,05 lirədən (1,65 manatdan) 6,23 lirəyə (1,70 manata) qalxıb.

Ankarada orta hesabla 6,55 lirədən (1,79 manat) satılan benzinin litri 6,73 lirə (1,83 manat) olub. Bu rəqəm İsnabulda 6,46 lirədən (1,76 manatdan) 6,56 lirəyə (1,79 manata) yüksəlib.