Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin ilk ayında ölkə daxilində 192 minik avtomobili istehsal olunub. Ay ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində istehsal edilmiş məhsulların dəyəri 63,1 milyon manat olub. 2019-cu ilin müvafiq ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 89,8 faiz artıb.