"Son 5 ildə Azərbaycanda bank sektoru və ona yaxın mövzularda 7 tədbir keçirilib. Bu tədbirlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verib".
"Report.az" bu məlumatı Bakıda keçirilən II Beynəlxalq Kibertəhlükəsizlik Həftəsinin açılışında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyevə istinadən verib.
Z.Nuriyevin sözlərinə görə, bankların yüksək texnologiyalardan istifadə etməsi onların müştərilərə gösdərdiyi xidmətləri ucuzlaşdırır: "Hazırda ölkəmizdəki kommersiya banklarından 27-də "Internet banking", 23-də isə "Mobil banking" var. Bu da bank xidmətlərinin qiymətlərinin aşağı düşməsi üçün vacibdir".