Lüksemburqda artıq qatarlarda, tramvay və avtobuslarda sadəcə şəxsiyyəti təsdiq edən sənədlərlə səfər etmək mümkündür. KİV-in məlumatına əsasən, tramvay xətlərində biletsatan avtomatların sökülməsinə başlanıb. İstifadə edilməmiş biletlərin pulları isə qaytarılmayacaq. Yalnız VİP dərəcsinə aid qatralarda səfərlər pulludur.
Lüksemburqun Nəqliyyat naziri Fransua Bauş bildirib ki, pulsuz işləyən ictimai nəqliyyatın xərcləri vətəndaşlardan yığılan vergilər hesabına maliyyələşdiriləcək. Nazir qeyd edib ki, bundan sonra sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşacağına inanır: çünki nəqliyyat işçiləri biletlərə nəzarətə sərf etdikləri səyləri və vaxtı öz işlərinin digər aspektlərinə yönəldə biləcəklər.