Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri

2020.03.02 17:46 (UTC+04:00)

Yanvarda Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
Ay ərzində ölkəmizin İranla ticarət dövriyyəsi 25,4 milyon ABŞ dolları, BƏƏ ilə 3 milyon dollar, Səudiyyə Ərəbistanı ilə 668 min dollar olub. İran və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsi 2019-cu ilin eyni ayına nisbətən azalıb, Səudiyyə Ərəbistanı ilə isə artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 24 milyon dollar, BƏƏ-dən 1,4 milyon dollar, Səudiyyə Ərəbistanından isə 667 min dollar təşkil edib. Ölkəmiz Səudiyyə Ərəbistanından idxalı artırsa da, İran və BƏƏ-dən idxalı azaldıb.