Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir

2020.03.02 14:57 (UTC+04:00)

İkinci Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində martın 2-də Bakıda keçirilən "Kibertəhlükəsizlik konfransı"nda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hazırda ölkəmizdə rəqəmli informasiya texnologiyalarının inkişafı sürətlə gedir. Fiber-optik LTE şəbəkəsi genişlənir. 5G-yə keçid üzrə hazırlıq işləri aparılır, sınaq keçirilir.

Nazir müavini, həmçinin qeyd edib ki, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bütün bunlar ölkəmizin kiber məkanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir.