Prezident Nikolas Maduro yerli kənd təsərrüfatı məhsullarının əlavə dəyər vergisindən, eləcə də bir sıra rüsumlardan azad edilməsi barədə müvafiq sərəncam imzaladığını bildirib. Kənd təsərrüfatı sektorunun təmsilçiləri ilə görüşdə o, xaricdə yaşayan həmvətənləri öz ölkəsində investisiya qoymağa çağırıb.
Qeyd edək ki, son illərdə Venesuela kəskin siyasi və iqtisadi böhran yaşayır. Hiperinflyasiya ilə müşayiət olunan böhran milli valyutanın devalvasiyasına və həyat üçün zəruri olan malların qıtlığına səbəb olub. Birləşmiş Millətlər Təşkilatının yaydığı açıqlmaya əsasən, ölkəni təxminən 4,5 milyon insan tərk edib ki, onların da 80 faizə yaxını regionun digər dövlətlərində yaşayır. Bəzi proqnozlara görə, ölkəni tərk edənlərin sayının bu il 6,5 milyona çatacağı gözlənilir.