Mərkəzi Bank nağdsız ödənişlərin həcmini açıqlayıb

2020.03.02 11:38 (UTC+04:00)

2020-ci ilin yanvar ayında Azərbaycanda nağdsız ödənişlərin həcmi 412 milyon manat olub. POS-terminallarla ödənişlərin həcmi 134 milyon manat təşkil edib. Yanvarda bankomatlar vasitəsilə reallaşdırılan nağdsız ödənişlərin həcmi isə 19 milyon manat olub.

Bu ilin ilk ayında 259 milyon manatlıq elektron ticarət əməliyyatı aparılıb. Kredit kartları ilə aparılan əməliyyatların həcmi isə 160 milyon manat olub.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda nağdsız ödənişlərin ümumi həcmi 4 milyard 479 milyon manat təşkil etmişdi.