Mərkəzi Bankın statistik bülleteninə əsasən, yanvarda ticarət və xidmət obyektlərində istifadə edilən POS-terminalların sayı 68 min 804 ədədə çatıb. 2019-cu ilin son ayında isə bu göstərici 67 min 468 idi.
2020-ci il yanvarında istifadədə olan POS-terminalların 67 min 339-u pərakəndə ticarət obyektlərinin payına düşüb. Onların 41 min 147-i paytaxtdakı obyektlərdədir. Ümumilikdə, yanvarda istifadədə olan POS-terminalların 41 min 917 ədədi Bakıda, 26 min 887 ədədi isə regionlarda olub.