Yunanıstanda vahid əmlak vergisi təkmilləşdirilir

2020.02.29 13:40 (UTC+04:00)

Yunanıstanda iqtisadi böhran zamanı əksər vergilərin dərəcələri artırılmışdı. İqtisadi sabitləşmə nəticəsində vergi dərəcələrinin optimallaşdırılması sahəsində müəyyən addımlar atılır ki, bunlardan biri də əmlak vergisi üzrə təkmilləşdirilmə aparılmasıdır. Bu il ölkədə vahid əmlak vergisinin dərəcəsinin azaldılmasının ikinci mərhələsinə keçiləcək. Azalmanın 12 faizdən 5 faizə qədər olması, orta hesabla 8 faiz təşkil edəcəyi nəzərdə tutulub.

Hökumətin açıqlamasında bildirilib ki, obyektiv qiymətləndirmə sisteminə 2900 ev təsərrüfatı daxil ediləcək. Bu isə o demək deyil ki, bütün əmlak sahibləri yüksək vergi ödəməlidirlər. Aşağı gəlirli ev təsərrüfatları aparılan islahat nəticəsində daha çox qabağa düşəcəklər. Bununla belə, ekspertlər göstərirlər ki, əmlakı indiyə qədər qiymətləndirilməmiş mülk sahibləri üçün vahid əmlak vergisi artırılacaq.