Əcnəbilərin bank kartları ilə ödənişləri məlum olub

2020.02.28 17:39 (UTC+04:00)

2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda məlumat verilib. Bildirilib ki, həmin göstərici 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çoxdur.

2020-ci ilin yanvar ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 85,2 milyon manat təşkil edib.