"Azexport.az"a daxil olan ixrac sifarişləri

2020.02.28 17:21 (UTC+04:00)

2020-ci ilin yanvar ayında Azexport.az portalına 42,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. 2020-ci ilin yanvar ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (15,3 faiz), Səudiyyə Ərəbistanı (9 faiz), Türkiyə (8,1 faiz), Hindistan (7,2 faiz) və Fransa (7,2 faiz) qərarlaşıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda məlumat verilib. 2020-ci ilin yanvarında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, yumurta, pomidor, xiyar, yerkökü, kartof, tütün, şərab, çay, qənnadı məhsulu, kosmetik vasitə, gübrə, xurma, fındıq, mebel dəsti, tikinti materialı, nar şirəsi və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 yanvar tarixinə kimi (37 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin ümumi dəyəri 1 milyard 626,9 milyon ABŞ dolları təşkil edib.