2020-cu ilin yanvar ayında "Azərkosmos" ASC dünyanın 20 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79 faizini təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvarında şirkətin xidmət ixracı 1,1 milyon dollar həcmində olub. Buna əsasən bu ilin ilk ayında 64 faiz artıb.
"İxrac İcmalı"ndan məlum olub ki, şirkət xidmətlərini alan əsas ölkələr Birləşmiş Krallıq, Fransa, BƏƏ, Almaniya, Gürcüstan və digərləri olub.