İxracatçı şirkətlərin reytinqi açıqlandı

2020.02.28 16:47 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi qeyri-neft sektoru üzrə 2020-ci ilin yanvarda həyata keçirilən ixracla bağlı dövlət və qeyri-dövlət ixracatçı subyektlərin reytinqini açıqlayıb. Mərkəzin açıqladığı "İxrac icmalı"na əsasən, ilk ayda hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə "Socar Polymer" MMC liderlik edib. Şirkət yanvarda 11 milyon dollar həcmində məhsul ixrac edib. İlk onluqda ikinci yerdə "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (7,5 milyon dollar), üçüncü yerdə isə "MKT İstehsalat Kommersiya" MMC (6,5 milyon dollar) tutub. Reytinqdə sonrakı yerləri "Land Lojistic" " MMC, "Natural Fruit" MMC, "P-Aqro" MMC, "Baku Steel Company", "Fresh Fruits Group" MMC, "Mingəçevir Tekstil" MMC, Atef Şirkətlər Qrupu" MMC tutub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "ASK şüşə" MMC, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.