Problemli kreditlər 17 faizə yaxın azalıb

2020.02.28 18:07 (UTC+04:00)

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1.306,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 2,6 faiz çoxdur.

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin məbləği illik müqayisədə 16,7 faiz azalıb.