Azərbaycanda kredit qoyuluşu 20 faizdən, bank əmanətləri 6 faizdən çox artıb

2020.02.28 14:16 (UTC+04:00)

Bu il fevralın 1-nə Azərbaycanda bank əmanətləri 8.588,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatına görə bu, yanvarın 1-i ilə müqayisədə 0,6 faiz azdır. İllik müqayisədə isə ölkədə bank əmanətləri 6,3 faiz artıb.

MB-nin məlumatına görə hesabat dövründə Azərbaycanda kredit qoyuluşu 15.116,4 milyon manat təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 1,45 faiz çoxdur. İllik müqayisədə isə ölkədə kredit qoyuluşu 20,5 faiz artıb.