Bu ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz çox və yaxud 1.697,8 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, son bir ildə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 6,5 faiz artaraq 812,5 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 5,7 faiz artaraq 885,3 milyon manata çatıb.
İstehlak məhsullarının 29,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.