Bakıda ötən il orta aylıq əməkhaqqı 867 manat təşkil edib

2020.02.28 12:04 (UTC+04:00)

2019-cu ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 867 manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2019-cu ilin dekabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 1.012,7 manata çatıb ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 19,1 faiz çoxdur.