Ötən il Azərbaycanın valyuta ehtiyatları 12 faizdən çox artıb

2020.02.28 11:10 (UTC+04:00)

Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49.581,3 milyon ABŞ dolları təşkil edib. Bunun 87,4 faizi və yaxud 43.323,3 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,6 faizi, yaxud 6.258 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 1.022,8 milyon ABŞ dolları və yaxud 2,1 faiz artıb. Belə ki, ARDNF-nin valyuta ehtiyatlarında 798,9 milyon ABŞ dolları və yaxud 1,9 faiz, AMB-nin valyuta ehtiyatlarında isə 223,9 milyon ABŞ dolları və yaxud 3,7 faiz artım olub.

2019-cu ildə isə ölkənin valyuta ehtiyatları 5.440,4 milyon ABŞ dolları və yaxud 12,3 faiz artıb. İl ərzində ARDNF-nnin valyuta ehtiyatları 4.808,1 milyon ABŞ dolları və yaxud 12,5 faiz, AMB-nin valyuta ehtiyatları isə 632,3 milyon ABŞ dolları və yaxud 11,2 faiz artım nümayiş etdirib.

ARDNF-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları
(milyon ABŞ dolları)

01.01.2020

43.323,3

6.258,0

49.581,3

01.10.2019

42.524,4

6.034,1

48.558,5

01.07.2019

42.463,7

5.939,4

48.403,1

01.04.2019

40.273,3

5.778,6

46.051,9

01.01.2019

38.515,2

5.625,7

44.140,9