Vergilər Nazirliyində qanvermə aksiyası keçirilir

2020.02.27 15:18 (UTC+04:00)

Fevral ayının 27-də vergi orqanlarında talassemiya xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə növbəti qanvermə aksiyasına start verilib. Vergi orqanlarının əməkdaşları artıq 14 ildir ki, ənənəyə çevrilmiş qanvermə aksiyalarında iştirak edirlər. Aksiyanın ilk günündə Vergilər Nazirliyinin Aparatının struktur bölmələrinin əməkdaşları qan veriblər. Humanitar kampaniya, Vergilər Nazirliyinin bütün strukturları da daxil olmaqla, mart ayının 5-dək davam edəcək.