İspaniyada futbol menecerlərinə "pul yumaq" və vergi yayındırmaq iddiası irəli sürülüb

2020.02.27 13:49 (UTC+04:00)

İspaniya mətbuatının xəbərlərində bildirilir ki, bəzi futbolçuların menecerlərinə qarşı yönəldilən "Laniqan" başlıqlı məhkəmə təhqiqatı çərçivəsində Blear adaları, Barselona, Madrid, Malaqa, Seviliya, Almeriya, Asturias, San-Sebastian, Vitoriya, Pontevedra və Valensiyada bir sıra iş yelərində və evlərdə axtarış əməliyyatları aparılıb.

Korrupsiyaya və Təşkilatlanmış Cinayətkarlığa qarşı Mübarizə Prokurorluğunun tələbi və Milli Məhkəmənin əlaqələndiriciliyi altında keçirilən təhqiqat çərçivəsində Miraləm Pyaniç, Luka Yoviç və Kalidu Kulibali kimi futbolçuların menecerlərinin İspaniyadakı hesablarının və əmlaklarının nəzarətə götürüldüyü bildirilib.

Məşhur futbolçuların menecerlərinin Yunanıstan Kipri, Serbiya və Belçikadakı müxtəlif futbol klubları ilə əlaqəasi olan cinayətkar dəstənin üzvləri olmaqda ittiham edildikləri, təhqiqata Avropa Polis Təşkilatının kömək göstərdiyi bildirilib.