Yanvar ayında ölkədən 42 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac olunub

2020.02.27 14:12 (UTC+04:00)

Yanvarda ölkədən 37,5 min ton meyvə-tərəvəz ixrac edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən meyvə-tərəvəzin dəyəri 42 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin yanvarında 43,4 milyon dollar dəyərində 47,4 min ton meyvə-tərəvəz ixrac edilib.